Bakıda boks gecəsi təşkil olundu

Bakıda boks gecəsi təşkil olundu

Hazırda oxunan: Bakıda boks gecəsi təşkil olundu

213657

Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında boks üzrə İBA Çempionlar Gecəsinə start verilib.

Bizim.Media xəbər verir ki, tədbir “Natiq” ritm qrupunun çıxışı ilə başlayıb. Rinqə ilk olaraq Sərxan Əliyev (71 kq) Monqolustan təmsilçisi Monx-Erdene Urançimeq çıxıb. Boksçumuz görüşü qələbə ilə başa vurub.

İBA Çempionlar Gecəsinin ikinci döyüşündə Nicat Hüseynov (51 kq) Con Zuluetanı (Filippin) məğlub edib.

Boksçumuz Məhəmmədrəsul Məcidov (+92 kq) isə Nursultan Amanjolovdan (Qazaxıstan) güclü olub.

Azərbaycanın daha bir əlcək ustadı Məhəmməd Abdullayev (+92 kq) Kristian Salsedo ilə görüşdə (Kolumbiya) rinqi qalib tərk edib.

Qeyd edək ki, yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutub. Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO