"Qarabağ" bu gün "Sabah"la üz-üzə gələcək

"Qarabağ" bu gün "Sabah"la üz-üzə gələcək

Hazırda oxunan: "Qarabağ" bu gün "Sabah"la üz-üzə gələcək

213633

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ" "Sabah"la üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, "Azersun Arena"dakı qarşılaşma saat 19:00-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 15 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 14 xalla dördüncü sıradadır.

Günün ilk görüşündə "Turan Tovuz" "Şamaxı"nın qonağı olacaq. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Tovuz təmsilçisi 14 xalla beşinci, bir oyun az keçirən meydan sahibləri 11 xalla altıncıdır.

Qeyd edək ki, turun əvvəl oyunlarında "Araz-Naxçıvan" "Səbail"i 3:2, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO