Kamerunlu futbolçu Azərbaycanda oynaya bilər

Kamerunlu futbolçu Azərbaycanda oynaya bilər

Hazırda oxunan: Kamerunlu futbolçu Azərbaycanda oynaya bilər

213620

Kamerun millisinin futbolçusu Klinton Nji karyerasını Azərbaycanda davam etdirə bilər.

Bizim.Media xəbnər verir ki, 31 yaşlı yarımmüdafiəçi Premyer Liqanın iki klubuna təklif edilib.

Amm a afrikalı Azərbaycan klubuna ən yaxşı halda qışda keçə bilər. Yayda "Sivasspor"dan ayrılaraq "Rapid"ə keçən Klinton özü də, ölkəmizdə oynamağı düşünür. Kamerunlu qışda Buxarest klubundan ayrılaraq icarə əsasında Premyer Liqamızda oynamağa müsbət yanaşır.

Hazırda isə onun meneceri iki klubumuzla danışıq aparır və maliyyə tərəflərində hansı komanda razılıq verərsə, Njinin qışda ölkəmizə gəlişi baş tuta bilər.

Kamerun millisinin üzvü “Lion”, “Tottenhem”, “Marsel”, “Dinamo”(Moskva), “Sivasspor”da oynamışdı. Onun Rumıniya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO