Bu gün Şuşadakı şahmat turnirinin qalibi bəlli OLACAQ

Bu gün Şuşadakı şahmat turnirinin qalibi bəlli OLACAQ

Hazırda oxunan: Bu gün Şuşadakı şahmat turnirinin qalibi bəlli OLACAQ

213527

Bu gün Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olacaq. 

Bizim.Media xəbər verir ki, 8 qrossmeyster bu dəfə blits növündə mübarizə aparacaq. 

14 turdan sonra xatirə turnirinin qalibi müəyyənləşəcək. 

Rapid yarışının ardından rusiyalı Yan Nepomnyaşi 10 xalla liderdir. 

Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov (9 xal) ikinci pillədə qərarlaşıb. Özbəkistanlı Nodirbek Abdusattorov ilə digər rusiyalı Vladislav Artemyev (hər ikisi 8) 3-4-cü, macar Riçard Rapportla Aydın Süleymanlı (hər ikisi 6 xal) 5-6-cı yerləri bölüşdürürlər. Hindistanlı Aravind Çitambaram 5 xalla 7-ci, Rauf Məmmədov isə 4 xalla 8-ci sıradadır. 

Qeyd edək ki, sonuncu turdan sonra bağlanış mərasimi baş tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO