Minifutbol üzrə Azərbaycan çempionatının yeni mövsümünün püşkatma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, oktyabrın 1-də start veriləcək yarışda 14 komanda iştirak edəcək.
Tədbirdə ilk olaraq ötən mövsümün final görüşü ilə bağlı videorolik nümaiş etdirilib və "Birbaşa Bakı"nın Çempionlar Liqasında qızıl medal qazanmasından söz açılıb.
Daha sonra AMF-nın baş katibi Orxan Hüseynov "Birbaşa Bakı"nın futbolçusu Elvin Əlizadə 2024-cü ilin ən yaxşı futbolçusu mükafatını təqdim edib. Yarışın reqlamentinə əsasən qrup mərhələsi 13 həftə davam edəcək. 1/4 və yarımfinal mərhələsi isə 2 oyundan ibarət olacaq. Yeni qaydalara əsasən hər komandada 2001 təvəllüdlü oyunçu daxil edilməlidir. Azərbaycan çempionatı mart ayında yekunlaşacaq.
Daha sonra püşkatma mərasimi keçirilib. Püşkə əsasən ilk turun görüşləri bəlli olub.
I tur
"AzNur" - "Çinar Zəngilan"
"Altay Fizuli" - "Zirə"
"Sumqayıt" - "Atəşgah Suraxanı"
"Star Bakı" - "Siyəzən"
"Şamaxı" - "Laçın"
"Birbaşa Bakı" - "Göyçə"
"Bakı 145" - "Qalaksi"
Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək və İdman TV vasitəsi ilə canlı yayımlanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:00 / 26.09.2024
Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib
Hazırda oxunan: Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib
Hazırda oxunan: Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib
213338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.