Rahil Məmmədov oynadı, komandası mərhələ adladı

Rahil Məmmədov oynadı, komandası mərhələ adladı

Hazırda oxunan: Rahil Məmmədov oynadı, komandası mərhələ adladı

213221

Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, komanda səfərdə “Qornik Zabrze”nin qonağı olub.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Bu mərhələnin oyunları 1 matçdan ibarət olduğundan komandalar mübarizəni əlavə vaxtda davam etdiriblər. 93-cü dəqiqədə Alvesin vurduğu qol əlavə vaxtda yeganə olub və yekunda 1:0 hesabı ilə qalib gələn həmyerlimizin komandası 1/16 finala vəsiqə qazanıb.
Meydana start heyətində çıxan Rahil 120 dəqiqəni əvəzolunmadan keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO