Millimizin oyun qrafikində dəyişiklik oldu

Millimizin oyun qrafikində dəyişiklik oldu

Hazırda oxunan: Millimizin oyun qrafikində dəyişiklik oldu

213156

Final mərhələsi 2025-ci ilin iyununda baş tutacaq qadınlar arasında basketbol üzrə Avropa çempionatının (Eurobasket) seçmə qrup oyunları çərçivəsində, millimizin oyun qrafikində dəyişikliklər olub. 

Bizim.Media xəbər verir ki, Beynəlxalq Basketbol Federasiyası FIBA-nın yekun qərarına əsasən, 7 noyabr Bakıda Polşa yığmasını qəbul etməli olan millimiz, bu oyunu Polşanın Sosnoviç şəhərində yerləşən "Sosnoviç" arenada keçirəcək və Polşa millisi ev sahibi komanda olacaq. 
 

Əvəzində isə 2025-ci il 9 fevral tarixində millimiz Bakıda Polşa yığmasını qəbul edəcək. 10 noyabr Bakıda Litva millisi ilə keçirilməli olan görüş də, "Sosnoviç" arenada oynanılacaq.


Qeyd olunan dəyişikliklərə əsas səbəb, noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiridir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO