Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos UEFA-nı ələ salıb.
Bizim.Media xəbər verir ki, buna Avro-2024-ün 1/4 finalında Almaniya - İspaniya matçında baş hakim Entoni Teylorun səhvə yol verməsi və UEFA Hakimlər Komitəsinin bu səhvi 3 ay sonra - ötən gün tanıması səbəb olub.
Belə ki, sözügedən qarşılaşmaya əlavə edilmiş vaxtda cərimə meydançasında top ispan müdafiəçi Mark Kukurellanın əlinə dəysə də, referi penalti təyin etməyib. İspaniya millisi 119-cu dəqiqədə qol vuraraq çempionatın yarımfinalına yüksəlib. UEFA görüşdən 3 ay sonra Entoni Teylorun penalti təyin etməmək qərarını səhv kimi tanıyıb.
Kroos isə buna görə qurumu tənqid edib:
“Topun ələ dəydiyini başa düşmək üçün 3 ay lazım idi. Amma demək olar ki, hamı bunu bir saniyədə etdi. Hakimin səhvini rəsmi olaraq təsdiqlədikləri üçün indi özümü Avropa çempionu adlandıra bilərəmmi? Yəqin ki, yox”.
Bizim.Media