“Lənkəran” daha bir amerikalı basketbolçu transfer etdi

“Lənkəran” daha bir amerikalı basketbolçu transfer etdi

Hazırda oxunan: “Lənkəran” daha bir amerikalı basketbolçu transfer etdi

212856

“Lənkəran” heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, debütant 204 sm boya malik hücumçu Emanuel Littls ilə 1 illik müqavilə imzalayıb.

25 yaşlı basketbolçu “Lənkəran”a qədər “Fleyer Vels” (Avstriya) və “Posusje”nin (Bosniya və Herseqovina) formasını geyinib.

Qeyd edək ki, bu, cənub klubunda 4-cü amerikalı basketbolçu olub. Buna qədər komanda Qreqory Milton, Ceremi Berrayt və Maykl Rocersi heyətinə qatıb. Bundan başqa, Çınar Çakmak (Türkiyə), Rəşid Abbasov, Varid Ağasızadə, Mirməcid İsmayılov və Zumrat Ankbazovun (hamısı Azərbaycan) da keçidi rəsmiləşib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO