Nokauta düşən boksçu milyonlar qazanacaq - FOTO

Nokauta düşən boksçu milyonlar qazanacaq - FOTO

Hazırda oxunan: Nokauta düşən boksçu milyonlar qazanacaq - FOTO

212825

Böyük Britaniyalı ağır çəkili boksçu Entoni Coşua bu yaxınlarda həmyerlisi Daniel Dyubuaya uduzsa da, onu böyük məbləğdə mükafat gözləyir.

Bizim.Media xəbər verir ki, "Uembli" stadionunda 96 min tamaşaçı önündə keçirilən IBF versiyaysı üzrə döyüşdə nokautla uduzan Coşua rəqibindən iki dəfə artıq mükafat alacaq.
 

"Sporty Salaries"in məlumatına görə, Coşua 6 milyon funt-sterlinq qazanacaq. Dyubuada isə bu məbləğ təqribən 3,5 milyon funt-sterlinq olacaq.


Yayım hüquqlarından gələcək pullarla birlikdə isə Coşuanın 25, Dyubuanın isə 10 milyon funt-sterlinq qazanacağı bildirilib.

Xatırladaq ki, 12 raund nəzərdə tutulan qarşılaşma artıq 5-ci raundda başa çatıb. Dyubua Coşuanı nokauta göndərməklə qələbə qazanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO