UEFA "Qarabağ"ı 28500 avro cərimələyib

UEFA "Qarabağ"ı 28500 avro cərimələyib

Hazırda oxunan: UEFA "Qarabağ"ı 28500 avro cərimələyib

212721

UEFA "Qarabağ" klubunu 28500 avro cərimələyib.

Bizim.Media xəbər verir ki, buna "köhlən atlar"ın Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub.
 

Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında "komandanın düzgün olmayan davranışı"na görə 6000 avro ödəyəcək.


Azərbaycan çempionu Bakıda Xorvatiyanın "Dinamo" kollektivinə uduzduğu (0:2) pley-mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. "Qarabağ" "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə 22500 avro cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO