Akrobatlarımız dünya çempionatında qızıl medalların sayını 4-ə çatdırdı

Akrobatlarımız dünya çempionatında qızıl medalların sayını 4-ə çatdırdı

Hazırda oxunan: Akrobatlarımız dünya çempionatında qızıl medalların sayını 4-ə çatdırdı

212618

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti qızıl medalı qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya  verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük qarışıq hərəkətlərin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onlar ötən gün balans hərəkətlərdə birinci yeri tutublar.

Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq və balans hərəkətlərdə qızıl mükafata sahib çıxıb. Akrobatika yığmamız isə komanda hesabında ikinci sırada qərarlaşıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO