“Kəpəz”dən ANTİREKORD

“Kəpəz”dən ANTİREKORD

Hazırda oxunan: “Kəpəz”dən ANTİREKORD

212476

“Kəpəz” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümünə 7 məğlubiyyətlə başlayıb.

Bizim.Media xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, son 20 ildə ilk belə hadisədir.

Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda “Şəfa” idi. Bakı klubu 2004/2005 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.

Azərbaycan çempionatları tarixində ümumilikdə 6-cı dəfə bir komanda mövsümün ilk 7 oyununu xalsız başa vurub. “Şəfa” və “Kəpəz”dən əvvəl Kürdəmir “Şirvan”ı 1992-ci, Sumqayıt “Xəzər”i 1994/1995-ci, “Şəmkir” 1996/1997-ci, Quba “Şahdağ”ı 2000/2001-ci illər mövsümümdə belə uğursuzluq yaşayıb.

Qeyd edək ki, “Kəpəz” yeddinci məğlubiyyətini “Şamaxı” ilə matçda alıb – 0:2.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO