Gündoğan: "Uşaqlıq arzum həyata keçdi"

Gündoğan: "Uşaqlıq arzum həyata keçdi"

Hazırda oxunan: Gündoğan: "Uşaqlıq arzum həyata keçdi"

212414

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan keçmiş klubu "Barselona"dan danışıb.

Bizim.Media xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Kataloniya klubunda çıxış etdiyi üçün xoşbəxt olduğunu söyləyib:

“Bilirsiniz, düşünürəm ki, orada uğurlu vaxt keçirmişəm. Hər şeydən əlavə, mən dünyanın ən böyük komandalarından birində oynamışam. Uşaqlıq arzum həyata keçdi. Bəlkə də insanlar ötən mövsümə baxıb heç nə qazanmadığımızı düşünəcəklər. Bu doğrudur. Amma necə çıxış etdiyimizə baxsanız, görərsiniz ki, La Liqada mövsümün sonunda 85 xalımız var idi. Bu da ötən mövsüm çempionluğu qazandığımız xallarla müqayisədə cəmi 3 xal azdır.

Çətin, eyni zamanda böyük təcrübə idi. Buna görə də heç nəyə görə peşman deyiləm”.

Qeyd edək ki, Gündoğan 2023-cü ilin yayından bu ilin yayınadək "Barselona"da oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO