“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyub. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bizim.Media
![Qara Qarayev “Neftçi”dən ayrıldı Qara Qarayev “Neftçi”dən ayrıldı](https://bizim.media/file/articles/2024/09/19/1726728198_photo_5429167803124018704_x_16x9.png)
- A-
- A
- A+
İdman
10:44 / 19.09.2024
Qara Qarayev “Neftçi”dən ayrıldı
Hazırda oxunan: Qara Qarayev “Neftçi”dən ayrıldı
Hazırda oxunan: Qara Qarayev “Neftçi”dən ayrıldı
212128
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.