“Sumqayıt”da gürcü LEGİONER

“Sumqayıt”da gürcü LEGİONER

Hazırda oxunan: “Sumqayıt”da gürcü LEGİONER

212087

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib. 

Bizim.Media xəbər verir ki, "kimyaçılar" ötən mövsümü Türkiyənin "Kocaelispor" klubunda keçirmiş gürcüstanlı futbolçu Giorgi Karaişvili ilə 1+2 illik müqavilə imzalayıb. 

28 yaşlı yarımmüdafiəçi komandada 12 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias və Miloş Miloviçin keçidini reallaşdırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO