UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, yeni formatda keçirilən ilk oyunda "Yuventus" PSV-ni qəbul edib.
Oyun Turin klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı açan "Yuventus"un türkiyəli yarımmüdafiəçisi Kenan Yıldız ÇL-də Liqa mərhələsinin ilk qolunun müəllifi olub.
"Yuventus" (İtaliya) - PSV (Niderland) - 3:1
Qollar: Kenan, 21, (1:0), Makkenni, 27 (2:0), Qonzales, 52 (3:0), Saybari, 90+3 (3:1)
Bizim.Media