Niderland mətbuatı “Qarabağ”dan YAZDI

Niderland mətbuatı “Qarabağ”dan YAZDI

Hazırda oxunan: Niderland mətbuatı “Qarabağ”dan YAZDI

211771

Niderland mətbautı Avropa Liqasının əsas mərhələsində “Ayaks”ın rəqiblərindən olan “Qarabağ” haqda yazı dərc ediblər.

Bizim.Media “Voetbal International” nəşri Azərbaycan çempionunun heyətindən yazıb.

Niderlandlı həmkarlarımız əsasən "Qarabağ"ın legionerlərini, həmçin Toral Bayramovun adını xüsusi qeyd edib:

"Qarabağ"ın 13 müxtəlif ölkədən futbolçuları var. Bu komanda start heyətində daha çox braziliyalıların xidmətindən istifadə edir, nəinki azərbaycanlıların. Azərbaycan komandasının Çempionlar Liqasının təsnifat mərhələsində “Dinamo”ya (3:0, 2:0) uduzsa da, “Qarabağ” müdafiədən hücuma kifayət qədər effektiv keçən komandadır. Komandanın ən məşhur futbolçusu əlcəzairli Yassin Benziadır.

Uzun və gözəl futbol səyahətindən sonra Benzia indi Azərbaycan klubunda oynayır. Ötən mövsüm komandanın ölkə çempionatında bombardiri olmuş Juninyonu da vurğulamaq yerinə düşərdi. Sol cinah müdafiəçisi Toral Bayramov da son mövsümdə 15 qol vuraraq təsiredici rolunu göstərib".

Xatırladaq ki, “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, Tofiq Bəhramov stadionunda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO