Şahmat Olimpiadasında kişilərdən ibarət millimiz uduzdu - Qadınlar heç-heçə etdi

Şahmat Olimpiadasında kişilərdən ibarət millimiz uduzdu - Qadınlar heç-heçə etdi

Hazırda oxunan: Şahmat Olimpiadasında kişilərdən ibarət millimiz uduzdu - Qadınlar heç-heçə etdi

211629

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün V turun görüşlərini keçirib.

Bizim.Media  xəbər verir ki, kişilərdən ibarət yığmamız favorit göstərilən Hindistana uduzub - 1:3.

Aydın Süleymanlı ilə Rauf Məmmədov məğlub olub. Nicat Abasov və Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. 5 turdan sonra millimizin hesabında 8 xal var.

Qadınlardan ibarət Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb. Görüş 2:2 hesabıyla yekunlaşıb. Günay Məmmədzadə məğlub olduğu halda, Gövhər Beydullayeva qələbəyə sevinib. Ülviyyə Fətəliyeva və Xanım Balacayevanın partiyası heç-heçə başa çatıb. Hazırda komandamızın aktivində 8 xal var.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina ilə heç-heçə edib - 2:2.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO