"Qarabağ"ın legioneri Yassin Benziyaya təkliflər gəlməkdədir.
Bizim.Media xəbər verir ki, əlcəzairli yarımmüdafiəçinin xidmətində Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ klubları maraqlıdır. Xüsusən də, Səudiyyə Ərəbistanının yüksək liqa təmsilçiləri Benzia üçün mübarizə aparır. “Al-Xolud”, “Əl-Xalij” klubları “Qarabağ”ın legioneri üçün qışda rəsmi təklif göndərəcək. Ərəblər onu məhz qış “transfer pəncərəsi” zamanı heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Georgios Donisin rəhbərlik etdiyi kollektivdə “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç də çıxış edir.Yassin Benzia 2023-cü il yanvarın 26-da “Qarabağ”a keçib. O, 2025-ci il iyunun 30-na qədər Azərbaycan çempionuna məxsusdur.
Yassin "Lion", "Lill", "Fənərbaxça", "Olimpiakos", "Dijon", "Hatayspor" klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:07 / 15.09.2024
Ərəb klubları “Qarabağ”ın legionerinə təklif göndərdi
Hazırda oxunan: Ərəb klubları “Qarabağ”ın legionerinə təklif göndərdi
Hazırda oxunan: Ərəb klubları “Qarabağ”ın legionerinə təklif göndərdi
211561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.