Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb.
Bizim.Media xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması IV turda Monteneqro üzərində qələbə qazanıb - 3-1.
Hesabat turunda Aydın Süleymanlıyla Şəhriyar Məmmədyarov qalib gəlib. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib 3-1. Günay Məmmədzaylə Gövhər Beydullayeva partiyanı qələbəylə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçəylə kifayətlənib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:41 / 14.09.2024
Şahmat millilərimizdən növbəti QƏLƏBƏ
Hazırda oxunan: Şahmat millilərimizdən növbəti QƏLƏBƏ
Hazırda oxunan: Şahmat millilərimizdən növbəti QƏLƏBƏ
211504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.