“Şamaxı” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Şamaxı” “Sumqayıt”a qalib gəldi - VİDEO

Hazırda oxunan: “Şamaxı” “Sumqayıt”a qalib gəldi - VİDEO

211475

Misli Premyer Liqasında 6-cı turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün ilk görüşü Şamaxıda baş tutub. 

“Şamaxı” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib və minimal hesabla qalib gəlib. 

Günün digər oyunu “Qarabağ”la “Səbail” arasında baş tutacaq. Turun ilk oyununda “Araz-Naxçıvan” “Kəpəz”ə qalib (1:0) gəlib. “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası

6-cı tur

14 sentyabr

“Şamaxı” – “Sumqayıt” 1:0

Qol: Georgi Kantariya, 3.

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.

Şamaxı şəhər stadionu.

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 97. Elşad Tağıyev, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke

Baş məşqçi: Ayxan Abbasov

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 18. Kristian Velinovski, 23. Cordan Rezabala, 60. Tresor Mossi

Baş məşqçi: Samir Abasov


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO