Azərbaycan Premyer Liqası: Bu gün iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün iki oyun keçiriləcək

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: Bu gün iki oyun keçiriləcək

211406

Misli Premyer Liqasında 6-cı tur davam edir.

Bizim.Media xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Şamaxı" evdə "Sumqayıt"la qarşılaşacaq. Matç saat 16:30-da start götürəcək. Digər görüşdə son çempion "Qarabağ" "Səbail"i qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq. Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası, 6-cı tur

14 sentyabr (şənbə)

16:30.“Şamaxı” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev

Şamaxı şəhər stadionu

19:00.“Qarabağ” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev

“Azersun Arena”

15 sentyabr (bazar)

18:00.“Zirə” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
Zirə İK stadionu

20:30.“Sabah” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev

“Bank Respublika Arena”

13 sentyabr (cümə)

“Araz-Naxçıvan” – “Kəpəz” - 1:0

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO