“Qarabağ”ın legioneri nə vaxt məşqlərə başlayacaq?

“Qarabağ”ın legioneri nə vaxt məşqlərə başlayacaq?

Hazırda oxunan: “Qarabağ”ın legioneri nə vaxt məşqlərə başlayacaq?

211395

"Qarabağ"ın iki zədəli futbolçusu ilə bağlı son durum bəlli olub.

Bizim.Media xəbər verir ki, komandanın yarımmüdafiəçisi, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Ludoqorets"ə(2:7) qarşı cavab görüşündə zədələnmiş Marko Yankoviç və millinin düşərgəsində zədələnmiş Bəhlul Mustafazadə Premyer Liqanın VI turunun "Səbail"lə görüşünü buraxacaq.

Həm monteneqrolu, həm də Mustafazadə gələn həftə ümumi qrupa qoşulacaqlar. Hazırda isə onlar fərdi proqram əsasında bərpa prosesini keçirlər.

Qeyd edək ki, "Qarabağ" - "Səbail" görüşü sabah "Azərsun Arena"da keçiriləcək və oyuna 19:00-da start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO