Bu il ən çox pul qazanan tennisçi BƏLLİ OLDU

Bu il ən çox pul qazanan tennisçi BƏLLİ OLDU

Hazırda oxunan: Bu il ən çox pul qazanan tennisçi BƏLLİ OLDU

211172

Dünyanın bir nömrəli tennisçisi Yannik Sinner "US Open" turnirindəki çempionluqdan sonra 2024-cü ildə ən çox qazanan kişi tennisçisi olub. 

Bizim.Media xəbər verir ki, 23 yaşlı idmançı hazırda ispan Karlos Alkaras və serb Novak Cokoviçlə birlikdə kişilər arasında tennisin ən yaxşılarından sayılır. 

Sinner bu yaxınlarda "US Open" turnirinin finalında amerikalı Teylor Fritsi 6-3, 6-4, 7-5 hesabı ilə məğlub edərək "Böyük Dəbilqə"də ikinci çempionluğunu qazanıb.

Bu qələbə ilə italiyalı kişi tennisçiləri arasında ilin ən çox qazanan oyunçu olub. Onun bu təqvim ilində ümumi gəliri təxminən 10,5 milyon dollar təşkil edib. 

Bu məbləğ əfsanələr Cokoviç və Rafael Nadalın 2024-cü ildə qazandıqları ümumi puldan iki dəfədən də çoxdur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO