Şahmat Olimpiadasında komandalarımız bu gün növbəti oyunlarını keçirəcək

Şahmat Olimpiadasında komandalarımız bu gün növbəti oyunlarını keçirəcək

Hazırda oxunan: Şahmat Olimpiadasında komandalarımız bu gün növbəti oyunlarını keçirəcək

211121

Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlarını keçirəcəklər.

Bizim.Media xəbər verir ki, Teymur Rəcəbovun kapitan olduğu kişilərdən ibarət kollektiv II turda Finlandiya ilə üz-üzə gələcək.

Kapitanı Mixail Şereşevski olan qadın yığması isə Avstraliya kollektivi ilə qarşılaşacaq.

Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı kişi yığması ilk turda İordaniyanı 3,5:0,5, Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarət komanda isə Nikaraquanı 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO