Ramos karyerasını Braziliya klubunda davam etdirə bilər

Ramos karyerasını Braziliya klubunda davam etdirə bilər

Hazırda oxunan: Ramos karyerasını Braziliya klubunda davam etdirə bilər

210916

"Real"ın sabiq müdafiəçisi, hazırda azad agent olan Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər.

Bizim.Media AS-a istinadən xəbər verir ki , Rio-de-Janeyrodan çox tanınmış agent ispaniyalı futbolçunun xidmətlərini "Vasko da Qama"nın rəhbərliyinə təklif edib.

Nəşrin məlumatına görə, tərəflər arasında danışıqlar davam edir. Mümkün transferin əsas problemi Ramosun müqavilənin şəxsi şərtləri ilə bağlı kifayət qədər yüksək tələbləri ola bilər.

Xatırladaq ki, Ramosun son klubu İspaniya “Sevilya”sı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO