Polşanın Varşava şəhərində keçirilmiş minifutbol üzrə Çempionlar Liqasının qalibi "Birbaşa Bakı" klubu vətənə qayıdıb.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komandanın baş məşqçisi Dan-Mitu Mariuş açıqlama verib:
"Çox çətin turnir idi. Komandamız ən çətin qrupa düşmüşdü. Biz birinci pilləni tuta bildik. Bir az da bəxtimiz gətirdi. Bəxt önəmli amildir. Bir oyunun penaltilərlə udduq. Penalti zərbələrinə öncədən hazırlaşmışdıq. Elmar penaltilərdə qapıda idi. Ona rəqiblərin hansı tərəfə vuracağına qədər hazırlaşmışdıq. Təbii ki, bəxt də bizə kömək etdi. Oyun ərzində “Brno”dan yaxşı oynadıq, yaxşı performans göstərdi.
Çempionlar Liqasında qalib olmaq bizim haqqımız idi. Ümumilikdə, komandamız yaxşı oynadı. Bu turnirdə qalib gəlmək haqqımız idi. Orada ən layiqli komanda biz idik.Hələlik 2 gün istirahətimiz var. Ondan sonra yerli çempionatın hazırlıqlarına başlayacağıq".
Rumıniyalı məşqçi minifutbol üzrə Çempionlar Liqasında hegemonluğun addımının ötən ildən atıldığını deyib:
"Keçən ildən Çempionlar Liqasında Azərbaycan klubları hegemonluq yaratmağa başlamışdı. Keçən il “Zirə” üçüncü yeri tutmuşdu. Biz də orada iştirak etdik. Bu dəfə də çempion olduq. Rumıniya və digər klublar Azərbaycan təmsilçilərindən qorxmağa başlamalıdır. “Birbaşa Bakı”nı dünya minifutbol xəritəsinə daxil edəcəyik. Növbəti ildə də bu turniri qazanmağa çalışacağıq".
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:23 / 10.09.2024
Çempionlar Liqasının qalibi olan klubumuzun baş məqşçisi: “Qələbə bizim haqqımız idi”
Hazırda oxunan: Çempionlar Liqasının qalibi olan klubumuzun baş məqşçisi: “Qələbə bizim haqqımız idi”
Hazırda oxunan: Çempionlar Liqasının qalibi olan klubumuzun baş məqşçisi: “Qələbə bizim haqqımız idi”
210840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.