Paralimpiadadan sonra iki idmançı itkin düşüb

Paralimpiadadan sonra iki idmançı itkin düşüb

Hazırda oxunan: Paralimpiadadan sonra iki idmançı itkin düşüb

210786

Konqo Respublikasından olan iki idmançı Fransada keçirilmiş Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra itkin düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Bildirilir ki, yarışdan sonra nizə atıcısı Mirey Nqanqa və atlet Qreys Muambako bələdçi komandanın olduğu yerə qayıtmayıblar. 

Sentyabrın 5-dən sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb. Atletləri son olaraq paralimpiya kəndində görüblər.

Yerli prokurorluq idmançıların itkin düşməsi ilə bağlı araşdırma aparır. Onların bilərəkdən qaçdıqları ehtimal edilir.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO