Usman Nurməhəmmədov çempion titulunu qorudu - VİDEO

Usman Nurməhəmmədov çempion titulunu qorudu - VİDEO

Hazırda oxunan: Usman Nurməhəmmədov çempion titulunu qorudu - VİDEO

210508

Rusiyalı qarışıq döyüş ustası (MMA) Usman Nurməhəmmədov həmyerlisi Aleksandr Şabliyi məğlub edərək, yüngül çəkidə Bellator çempionu titulunu qoruyub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, turnir San Dieqoda (Kaliforniya, ABŞ) baş tutub.

Mübarizə hakimlərin yekdil qərarı ilə Nurməhəmmədovun qalib gəlməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Usman Nurməhəmmədov "Ultimate Fighting Championship" (UFC) kəmərinin keçmiş sahibi Həbib Nurməhəmmədovun əmisi oğludur. 2023-cü ildə o, antidopinq qaydalarını pozduğuna görə altı ay müddətinə diskvalifikasiya edilib, lakin Bellator titulunu qoruyub.

Nurməhəmmədov ikinci dəfə yüngül çəkidə öz titulunu müdafiə edib. Ümumilikdə, 26 yaşlı idmançının 18 qələbəsi var və heç bir məğlubiyyəti yoxdur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO