ABŞ Açıq çempionatını ilk dəfə belaruslu tennisçi qazandı - VİDEO

ABŞ Açıq çempionatını ilk dəfə belaruslu tennisçi qazandı - VİDEO

Hazırda oxunan: ABŞ Açıq çempionatını ilk dəfə belaruslu tennisçi qazandı - VİDEO

210503

Belaruslu tennisçi Arina Sobolenko ABŞ Açıq çempionatının final matçında ABŞ-li Cessika Pequlanı məğlub edib.

Bizim.Media rbc.ru-ya istinadən xəbər verir ki, yarış Nyu Yorkda keçirilib.

Görüş 7:5, 7:5 hesabı ilə turnirdə ikinci nömrə ilə çıxış edən Sobolenkonun xeyrinə başa çatıb. Pequla yarışda altıncı nömrə altında iştirak edib.

Qeyd edək ki, Sobolenkonun 26 yaşı var. O, dünyanın ikinci raketkasıdır və indiyədək Qadın Tennis Assosiasiyasının (WTA) 16 titulunu əldə edib. Belaruslu tennisçi əvvəllər üç Böyük Dəbilqə turnirinin qalibi olub.

ABŞ Açıq çempionatı mövsümün dördüncü və sonuncu Böyük Dəbilqə turniridir. Turnirin ümumi mükafat fondu 75 milyon dollardır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO