“Turan Tovuz” “Qarabağ”ın legionerini istəyir

“Turan Tovuz” “Qarabağ”ın legionerini istəyir

Hazırda oxunan: “Turan Tovuz” “Qarabağ”ın legionerini istəyir

210448

«Qarabağ»ın vingeri Hamidu Keyta yeni dəvət alıb. 

Bizim.Media xəbər verir ki,  «Turan Tovuz» fransalı legionerə təklif göndərib. 

Premyer Liqanın lideri onun mümkün keçidiylə bağlı Ağdam təmsilçisi ilə danışıqlara başlayıb. Qərb təmsilçisi ötən ilin yayında «Zirə»dən «Qarabağ»a üz tutmuş və 3 illik müqavilə imzalamış Keytanı pulsuz əldə etmək istəyindədir. 

Məlum olduğu kimi, “Qarabağ”ın Avropa Liqası üçün iştirak ərizəsi müəyyənləşib. Azərbaycan çempionu Liqa mərhələsində istifadə edəcəyi heyəti dünən UEFA-ya göndərib. Ağdam təmsilçisi yeni transferləri Aleksey Kaşuk və Emmanuel Addaini sifariş eləyib.

Burada 3 futbolçunun adı yoxdur. Bunlar Şahruddin Məhəmmədəliyev, Hamidu Keyta və Redon Cicadır. Onlar UEFA-nın qoyduğu limitə görə siyahıdan çıxarılıb. Belə ki, qitə futbol qurumu yalnız 23 oyunçunun siyahıda yer almasına icazə verir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO