Əfsanəvi döyüşçü karyerasını bitirdi

Əfsanəvi döyüşçü karyerasını bitirdi

Hazırda oxunan: Əfsanəvi döyüşçü karyerasını bitirdi

210440

Amerikalı döyüşçü, keçmiş UFC yüngül çəki çempionu və ən uzun titul müdafiəsi seriyasının sahibi (11) Demetrious Conson karyerasını bitirdiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Denverdəki “ONE 168” turnirindən sonra Conson əlcəklərini asmaq qərarına gəldiyini təsdiqləyib.

“ONE Championship” şirkətinin baş direktoru Çatri Sityodtonq elan edib ki, Conson təşkilatın Şöhrət Zalına salınacaq ilk döyüşçü olacaq.

38 yaşlı oyunçunun sonuncu çıxışı 2023-cü ilin may ayında, Conson Adriano Moraes üzərində yekdil qərarla ONE titulunu qoruduğu zaman olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO