Paris-2024: Azərbaycan medal sıralamasında 32-ci pillədədir

Paris-2024: Azərbaycan medal sıralamasında 32-ci pillədədir

Hazırda oxunan: Paris-2024: Azərbaycan medal sıralamasında 32-ci pillədədir

210212

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 32-ci pillədə qərarlaşıb. 

Bizim.Media xəbər verir ki, hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 3 bürünc mükafat var. 
 

İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (uzunluğa tullanma) və Lamiyə Vəliyeva (100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) ilə Vəli İsrafilov (100 metr məsafəyə brass üsuu ilə üzmək) bürünc medala sahib çıxıblar.

 
Siyahıya Çin (74 qızıl, 55 gümüş, 37 bürünc) başçılıq edir. Böyük Britaniya (36 qızıl, 29 gümüş, 19 bürünc) ikinci, ABŞ (27 qızıl, 33 gümüş, 12 bürünc) üçüncüdür. 

Hələlik 80 ölkə təmsilçiləri medal əldə edə biliblər. 

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO