Azərbaycanın U-21 millisi bu gün Lüksemburqun qonağı OLACAQ

Azərbaycanın U-21 millisi bu gün Lüksemburqun qonağı OLACAQ

Hazırda oxunan: Azərbaycanın U-21 millisi bu gün Lüksemburqun qonağı OLACAQ

210201

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. 

Bizim.Media xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Lüksemburqun qonağı olacaq. 
 

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Görüşü İsveçrədən olan Dezire Qrundbaxer idarə edəcək. 


F qrupunun digər matçında Ukrayna Serbiyanı, Şimali İrlandiya İngiltərəni qəbul edəcək. 

Qeyd edək ki, 6 oyuna 3 xal toplayan U-21 sonuncu - altıncı pillədə qərarlaşıb. Ukrayna (6 oyun) 18 xalla liderdir. Eyni xala malik İngiltərə (7 oyun) ikinci, Serbiya (7 oyun) 10 xalla üçüncü, Şimali İrlandiya (6 oyun) 6 xalla dördüncü, Lüksemburq (8 oyun) 4 xalla beşincidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO