"Biz 4 səhvə yol verdik, İsveç millisi isə 20" - Fernandu Santuş

"Biz 4 səhvə yol verdik, İsveç millisi isə 20" - Fernandu Santuş

Hazırda oxunan: "Biz 4 səhvə yol verdik, İsveç millisi isə 20" - Fernandu Santuş

210188

"Oyuna yaxşı başladıq, şanslarımız oldu. Təəssüf ki, həmin epizodlar qolla nəticələnmədi. Sonradan isə müdafiədən oynadıq".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millət Liqasının 1-ci turunda bu gün Bakıda İsveçlə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis 1:3 hesablı məğlubiyyəti belə şərh edib: "İsveç kifayət qədər güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynamağa çalışdılar. Ancaq İsveç bizi sıxırdı. Müdafiədə oynamağımıza baxmayaraq, hücum etmək üçün şans axtarırdıq. Birinci hissənin sonunda bir neçə şansımız oldu. Təəssüf ki, hücumumuz qolla nəticələnmədi. Eyni zamanda penaltini də əldən verdik. İkinci hissədə yaxşı oynadıq. Qol şanslarımız var idi. Hücumları uğurlu sonlandıra bilmədik. Uşaqlar verdiyim tapşırıqları maksimum düzgün yerinə yetirməyə çalışdılar. Bəzi səhvlərimiz oldu, rəqib də yararlanaraq qollar vurdular. Həvəsdən düşməmişik, görəcəyimiz işlər qarşıdadır. Kifayət qədər yaxşı nəticələr verə bilərik".

Santuş penalti zərbəsini vurmağın Ramil Şeydayevin öz qərarı olduğunu bildirib: "Mən oyundan qabaq da, penalti olanda da, Emin Mahmudov deyirdim. Komandadaxili məsələdir. Sabah bununla bağlı müzakirə aparacağıq".

Santuş rəqibin daha çox səhvlərə yol verdiyini qeyd edib: "Hücumdakı oyunumuzdan 100 faiz razıyam. Futbolçular tapşırıqlarımı yerinə yetirdilər. Daim qol vurmağa cəhd edirdilər. Müdafiə planında isə 50 faiz razıyam. Əslində, pis deyildik. Sadəcə müdafiənin təşkilində problem var idi və tez-tez top itirirdik. Azərbaycan millisi 4 səhvə yol verdi, İsveç isə 20 səhvə".

Millimizin çalışdırıcısı qapıçı seçimi ilə bağlı da danışıb: "Mehdi Cənnətovdan razıyam. Bir çox epizodları qutardı. Amma bu komanda oyunudur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO