Maksim Medvedev təltif edildi

Maksim Medvedev təltif edildi

Hazırda oxunan: Maksim Medvedev təltif edildi

210171

Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş, bu il peşəkar futbolçu karyerasını başa vuran Maksim Medvedev təltif edilib.

Bizim.Media xəbər verir ki, veteran futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan – İsveç oyunundan əvvəl təltif edilib.

Ölkə futbolundakı xidmətlərinə görə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və millimizdə ən çox oyun keçirmiş “Zirə” klubunun hazırkı baş məşqçisi Rəşad Sadıqov (111 oyun) tərəfindən ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan milli komandasının forması təqdim edilib.

Qeyd edək ki, Maksim Medvedev 2009-2022-ci illər ərzində millimizin heyətində 81 oyun keçirib, 4 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO