İki qadın güləşçimiz dünya çempionatında bürünc medal uğrunda YARIŞACAQ

İki qadın güləşçimiz dünya çempionatında bürünc medal uğrunda YARIŞACAQ

Hazırda oxunan: İki qadın güləşçimiz dünya çempionatında bürünc medal uğrunda YARIŞACAQ

210020

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın 3 qadın güləşçisi xalçaya çıxıb.

Aysel Məmmədzadə (50 kiloqram) 1/8 finalda türkiyəli Fatma Kızmaza 0:6 hesabı ilə məğlub olub.

Nərgiz Səmədova (55 kiloqram) çinli Liuxuan Çeni (18:13) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda monqolustanlı Xaliun Byambasurenə 2:6 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Nərgiz sabah təsəlliverici görüşdə kanadalı Madisin Qrofla güləşəcək.

Ruzanna Məmmədova (59 kiloqram) polşalı Nikola Vasilevskaya “tuş”la, çinli Yifan Juya isə 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında yaponiyalı Sakura Onişiylə bacarmayıb – 0:10. Ruzannanın bürünc medal uğrunda qarşılaşmada rəqibi Yelena Kurova (AİN) – Komal Komal (Hindistan) görüşünün qalibi olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO