Daha bir güləşçimiz bürünc medal qazandı

Daha bir güləşçimiz bürünc medal qazandı

Hazırda oxunan: Daha bir güləşçimiz bürünc medal qazandı

210012

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə yarışa yekun vurulub. Tural Əhmədov (60 kq) təsəlliverici görüşdə polşalı Dominik Partikaya tam üstünlüklə (9:1) qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Papik Cavadyana 0:2 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Ruslan Nurullayev (72 kq) isə 3-cü yer üçün çinli Venhao Hu ilə mübarizə aparıb. Bu görüşdə əsas hadisələr ilk hissədə baş edib.

Fasiləyə həmyerlimiz minimal fərqlə (6:5) öndə yollanıb. İkinci hissədə hesab dəyişməyib və Ruslan dünya üçüncüsü olub. Beləliklə, millimiz mundialı 1 gümüş və 1 bürünc medalla başa vurub.

Xatırladaq ki, dünən Cocu Səmədov (87 kq) dünya ikincisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO