Raman Saley Paris-2024-də daha bir medal qazandı

Raman Saley Paris-2024-də daha bir medal qazandı

Hazırda oxunan: Raman Saley Paris-2024-də daha bir medal qazandı

210005

Azərbaycan Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Bizim.Media xəbər verir ki, paraüzgüçümüz Raman Saley bürünc medala yiyələnib.

O, S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə ilə üçüncü pillədə qərarlaşaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, o, daha əvvəl S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda gümüş medal qazanıb.

Xatırladaq ki, bunadək parataekvandoçu İmadəddin Xəlilov və paraatlet Səid Nəcəfzadə qızıl medal, parataekvondoçu Sabir Zeynalov isə bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO