“Zirə” “Neftçi”nin sabiq futbolçusu ilə DANIŞIQLAR APARIR

“Zirə” “Neftçi”nin sabiq futbolçusu ilə DANIŞIQLAR APARIR

Hazırda oxunan: “Zirə” “Neftçi”nin sabiq futbolçusu ilə DANIŞIQLAR APARIR

209969

Cari mövsümün sonunda yenidən avrokuboklara düşmək istəyən “Zirə” heyətini gücləndirir. 

Bizim.Media xəbəe verir ki, qəsəbə təmsilçisi “Neftçi”də oynamış Yusuf Lavalla danışıq aparır. 

Müzakirələr müsbət davam edir və cinah hücumçusunun tezliklə “Zirə” ilə müqavilə bağlayacağı gözlənilir. 
 

Qeyd edək ki, 26 yaşlı nigeriyalı 2020-ci ilin yayında 3 il oyndığı “Lokeren”dən (Belçika) “Neftçi”yə azad agent kimi keçmişdi. 2023-cü ilin yanvarında isə cinah hücumçusu Portuqaliyanın “Arouka” klubuna yollandı.


Burada 26 matçda cəmi 293 dəqiqə meydanda olan Laval özünü doğrulda bilməyib. “Arouka” ilə 2 illik müqaviləsi qalan futbolçu anlaşmaya qarşılıqlı razılıqla xitam verməyə çalışır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO