Olimpiya çempionu olan cüdoçulara mənzillər hədiyyə olundu

Olimpiya çempionu olan cüdoçulara mənzillər hədiyyə olundu

Hazırda oxunan: Olimpiya çempionu olan cüdoçulara mənzillər hədiyyə olundu

209967

Bakıda "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçualrının qələbəsi münasibətilə mərasim keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə cüdoçularımızın son Olimpiya oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən video-çarxlar nümayiş edilib.
 

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, ölkəmizdə idmana göstərilən qayğıdan danışıblar.


Tədbirdə son Olimpiya oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kotosyevə Beynəlxalq Cüdo Federasiyasının Cüdo üzrə Qızıl Nömrələri təqdim olunub.

1992-ci il Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci il Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə və 2024-cü il Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kotsoyevə, həmçinin Azərbaycanın Əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova yeni mənzillər təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO