Məşhur basketbolçunun avtomobili satışa çıxarıldı

Məşhur basketbolçunun avtomobili satışa çıxarıldı

Hazırda oxunan: Məşhur basketbolçunun avtomobili satışa çıxarıldı

209938

TBTFW onlayn bazarında çox nadir 2007-ci il buraxılışlı “Mercedes-Benz SLR McLaren 722 Edition” satışa çıxarılıb.  

Bizim.Media xəbər verir ki, Stirling Mossun 1955-ci ildə “Mille Miglia”da qələbəsini qeyd etmək üçün cəmi 150 ədəd istehsal edilən avtomobil əvvəllər basketbol əfsanəsi Maykl Cordana məxsus idi.  

TBTFW saytında Maykl Cordanın “Mercedes-Benz SLR McLaren 722 Edition” modelini 650 min dollara təklif edilir.  

Xatırladaq ki, 2023-cü ilin mayında Bonhams auksionunda həmin avtomobil 822 min dollara satılıb.  

Onu da qeyd edək ki, bu ilin iyul ayında RM Sotheby’s auksionunda daha nadir “Mercedes-Benz SLR McLaren Stirling Moss” 3,4 milyon avroya satılmışdı. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO