Avropa çempionatında iştirak edəcək gənc cüdoçularımız – SİYAHI

Avropa çempionatında iştirak edəcək gənc cüdoçularımız – SİYAHI

Hazırda oxunan: Avropa çempionatında iştirak edəcək gənc cüdoçularımız – SİYAHI

209934

Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, ölkəmiz turnirdə 11 çəki dərəcəsində 9 oğlan və 7 qız idmançı ilə təmsil olunacaq. 

Cüdoçular sentyabrın 5-7-də fərdi, 8-də isə komanda yarışında iştirak edəcəklər. Məmmədrza Hacızadə yalnız komanda yarışında mübarizə aparacaq. 

Onlara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət millinin məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədov rəhbərlik edəcək. 

Qeyd edək ki, yarışda Olimpiya mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyi tərəfindən idman komissarı, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov isə İnformasiya Texnologiyaları üzrə təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərəcək. 

Çempionata qatılacaq heyəti təqdim edirik: 

Qızlar  

-48 kq.  

Könül Əliyeva  

Fəridə Mirzəyeva  

-52 kq.  

Xədicə Qədəşova  

-57 kq.  

Fidan Əlizadə  

Fidan Qasımova  

-70 kq.  

Pərvanə Abdullayeva  

+78 kq.  

Nigar Süleymanova 

Oğlanlar 

-60 kq.  

Nizami İmranov  

-73 kq.  

Vüsal Qələnədrzadə 

Aydın Rzayev  

-81 kq.  

Vüsal Qələndərzadə  

-90 kq.  

Aslan Kotsoyev  

-90 kq.  

Şamil Tuncay  

-100 kq.  

Əjdər Bağırov  

+100 kq.  

Ramazan Əhmədov  

Kənan Nəsibov  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO