Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədədir

Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədədir

Hazırda oxunan: Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədədir

209878

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 22-ci pilləyə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu, paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl mükafat qazanması sayəsində mümkün olub.

Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.
 

İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc mükafat sahib çıxıblar.


Siyahıya Çin (53 qızıl, 40 gümüş, 22 bürünc) başçılıq edir. Böyük Britaniya (30 qızıl, 18 gümüş, 13 bürünc) ikinci, ABŞ (20 qızıl, 22 gümüş, 11 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO