“Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıtdı

“Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıtdı

Hazırda oxunan: “Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıtdı

209874

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edən idmançılarımızın ilk qrupu vətənə qayıdıb.

Bizim.Media xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan parataekvondo üzrə Azərbaycan milli komandasının üzvləri ümumilikdə 2 medal əldə ediblər. Belə ki, Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Yay Paralimpiya Oyunlarının qızıl, digər parataekvondoçu Sabir Zeynalov isə bürünc medalını qazanıb.

Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Paris-2024 Oyunlarına 7 idman növü üzrə 18 idmançı ilə yollanmışdı. İndiyədək yığma üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO