“Beşiktaş” portuqaliyalı futbolçu TRANSFER ETDİ

“Beşiktaş” portuqaliyalı futbolçu TRANSFER ETDİ

Hazırda oxunan: “Beşiktaş” portuqaliyalı futbolçu TRANSFER ETDİ

209837

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"dan Joao Marionu transfer edib.
 

Portuqaliyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İstanbula gedib. "Beşiktaş" 33 yaşlı orta xətt oyunçusu üçün onun klubuna 3 milyon avro təzminat ödəyəcək.


Qeyd edək ki, "Benfika" Joao Marionu 2021-ci ilin yayında "İnter"dən transfer edib.

Portuqaliya millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 149 rəsmi matçda 36 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO