Milli komandamızın hazırlıq planı müəyyənləşdi

Milli komandamızın hazırlıq planı müəyyənləşdi

Hazırda oxunan: Milli komandamızın hazırlıq planı müəyyənləşdi

209715

Azərbaycan millisinin hazırlıq planı dəqiqləşib. 

Bizim.Media xəbər verir ki, baş məşqçi Fernandu Santuş hazırlıq keçmək üçün stadionu da müəyyənləşdirib. 
 

Millimiz sentyabrın 2-də və 3-də, saat 18:00-da “Azersun Arena”da məşq keçəcək. Sentyabrın 4-də, saat 19:00-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşq olacaq.


Komanda İsveç yığması ilə oyundan bir gün sonra - sentyabrın 6-da, saat 16:00-da Slovakiyanın Koşitse şəhərinə yola düşəcək. Baş məşqçi Fernandu Santuş komandanı sentyabrın 7-də, Bakı vaxtı ilə saat 20:00-da Koşitse Futbol Arenasında Slovakiya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq.

Sentyabrın 8-də baş tutacaq qarşılaşmadan sonra komanda Bakıya dönəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç yığması ilə, sentyabrın 8-də isə Koşitse Futbol Arenasında Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO