Türkiyənin vitse-prezidenti İlham Əliyevi TƏBRİK ETDİ - FOTO

Türkiyənin vitse-prezidenti İlham Əliyevi TƏBRİK ETDİ - FOTO

Hazırda oxunan: Türkiyənin vitse-prezidenti İlham Əliyevi TƏBRİK ETDİ - FOTO

209703

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezidenti İlham Əliyevi ölkəmizdə sentyabrın 1-də keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Cevdet Yılmaz "X" hesabında paylaşım edib.

"Milli Məclisə seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan Partiyasını və Azərbaycan Prezidenti İlham Əliyevi ürəkdən təbrik edirəm.

Parlament seçkilərinin 30 ildə ilk dəfə olaraq Azərbaycanın suveren torpaqlarında, o cümlədən Qarabağda keçirilməsi faktı bizi məmnun edir. 

Ümid edirəm ki, dünən Milli Məclisə keçirilən seçkilər regionda sülhə və sabitliyə töhfə verəcək, Azərbaycan xalqının və bütün Türk dünyasının rifahına xidmət edəcək", - deyə C. Yılmaz qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO