İtaliyalı avarçəkən Cakomo Perini qayığından tapılan mobil telefona görə Paris Paralimpiya Oyunlarının bürünc medalından məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliya Avarçəkmə Federasiyası məlumat yayıb.
28 yaşlı Perini PR1 kateqoriyasında yarışı üçüncü yerdə başa vursa da, idmançının çantasından telefon tapılıb. Qaydalara əsasən, avarçəkənlərin qayığında rabitə vasitələrinin olması qadağandır.
İtaliya federasiyası Perininin startdan əvvəl cihazı söndürməyi unutduğunu və yarış zamanı ondan istifadə etmədiyini bildirib.
İdmançı tərəfi hakimlərin qərarından apellyasiya şikayəti versə də, bu, təmin edilməyib. İndi federasiya qərardan Beynəlxalq Avarçəkmə Federasiyasına şikayət etmək niyyətindədir. Perinin nəticəsi ləğv edildikdən sonra avstraliyalı Erik Horri bürünc medala sahib olub.
Rəşad Rafiqoğlu, Bizim.Media